Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi anların şahidi: İctimai Televiziya 20 ildə – REPORTAJ

29.08.2025 [10:22]

Xəbərin mətni

Azərbaycan müstəqillik qazandıqdan sonra media sahəsində köklü islahatlar həyata keçirildi. Bu islahatların önəmli tərkib hissəsi kimi ictimai yayım prinsiplərinə əsaslanan televiziya qurumu yaradıldı. Dövlətin məqsədi aydın idi: cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını ifadə edə biləcək, ictimaiyyətə tərəfsiz və balanslı informasiya təqdim edən, həmçinin milli maraqları qoruyan platforma formalaşdırmaq. İctimai Televiziya və Radio Yayımları Şirkəti məhz bu missiya ilə fəaliyyətə başladı. 20 il ərzində sübut etdi ki, Azərbaycan mediasında peşəkarlığın, demokratik yanaşmanın və müasir standartların təcəssümü ola bilər.