Azərbaycan Dövlət İnformasiya Agentliyi

İyirmidən çox ölkənin liderləri Çində bir araya gəlirlər

31.08.2025 [13:31]

Xəbərin mətni

Yeni dünya düzəninin formalaşdığı, geosiyasi şəraitin sürətlə dəyişdiyi bir dövrdə  sülh və sabitliyin möhkəmləndirilməsində, təhlükəsizliyin təmin olunmasında, əməkdaşlığın inkişaf etdirilməsində beynəlxalq təşkilatların üzərinə böyük məsuliyyət düşür. Bu kontekstdə son illərdə nüfuzu əhəmiyyətli şəkildə artan beynəlxalq təsisatlar arasında Şanxay Əməkdaşlıq Təşkilatının rolu xüsusi olaraq vurğulanmalıdır. Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələr Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI