Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu

01.09.2025 [16:58]

Xəbərin mətni

ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Qeyd edək ki, bununla bağlı bu ilin 8 avqust tarixində Vaşinqton şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Fəaliyyətdə olan Sədrinə birgə müraciət ünvanlamışdılar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI