Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada növbəti polis zorakılığı: Gənc oğlan şillələnib və onun üzünə tüpürülüb

08.09.2025 [14:14]

Xəbərin mətni

Fransanın Saint-Denis şəhərində polis əməkdaşının gənc oğlana şillə vurub, onun üzünə tüpürməsi ilə bağlı yayılan video böyük rezonans doğurub. Bobigny Prokurorluğu həmin polislə bağlı "vəzifəli şəxs tərəfindən zorakılıq" ittihamı ilə istintaqın aparılacağını elan edib. Paris Polis Prefekturası isə hadisə ilə əlaqədar inzibati araşdırmanın başlandığını açıqlayıb.