Nantda “Hər şeyi bloklayaq” aksiyası: “Maaşları artırın, dəniz səviyyəsini yox!”
14.09.2025 [15:08]
Xəbərin mətni
Fransanın Nant şəhərində və Loar-Atlantik bölgəsində “Bloquons tout” (“Hər şeyi bloklayaq”) hərəkatı davam edir. Sentyabrın 13-də minlərlə insan şəhərin mərkəzində – tramvay yollarının kəsişməsində toplaşaraq, sosial ədalət, maaş artımı və ekoloji siyasətlərə dair tələblərini dilə gətirib.