Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq artisti Hacı Murad Yagizarovun nəşi Bakıya gətirilib

16.09.2025 [11:58]

Xəbərin mətni

Azərbaycan mədəniyyətinə dəyərli töhfələr vermiş, unudulmaz ifaları və səhnə rolları ilə xalqın dərin məhəbbətini qazanmış Xalq artisti Hacı Murad Yagizarovun nəşi dövlətimizin dəstəyi ilə sentyabrın 16-da Almaniyadan Vətənə gətirilib. Xalq artisti Hacı Murad Yagizarov Münxendə müalicə aldığı xəstəxanada vəfat edib.