Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polis Akademiyasında Bilik Günü və andiçmə mərasimi keçirilib

16.09.2025 [14:29]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Bilik Günü və I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri münasibətilə təntənəli mərasim təşkil olunub. Tədbirə başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni ifa edilib.