Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistanda “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimatı keçirilib

17.09.2025 [10:46]

Xəbərin mətni

Daşkənd şəhərində yerləşən Yunis Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunda görkəmli bəstəkar və musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Yunis Rəcəbi adına İnstitutun birgə təşkilatçılığı ilə reallaşıb.