Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranda çəltikçilik: müasir texnologiya və yüksək məhsuldarlıq

17.09.2025 [13:44]

Xəbərin mətni

Çəltikçilik Lənkəranda ənənəvi kənd təsərrüfatı sahələrindən biridir. Bir neçə ildir ki, bölgədə çəltik biçini müasir kombaynlar vasitəsilə həyata keçirilir. Bu texnika həm məhsulun yığımını xeyli sürətləndirir, həm də itkinin qarşısını alır. Əgər əvvəllər biçin uzun vaxt aparır və məhsulun bir hissəsi zay olurdusa, indi yeni texnikaların sayəsində fermerlər həm vaxta, həm də məhsuldarlığa qənaət etmiş olurlar. Bu isə bölgədə çəltikçilik sahəsinin daha da inkişaf etməsinə imkan yaradır.