Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidlik zirvəsinə ucalan polkovnik-leytenantın şərəfli döyüş yolu

17.09.2025 [16:29]

Xəbərin mətni

Polkovnik-leytenant Vüsal Rüstəmov Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, “Qisas” əməliyyatında düşmənə qarşı ön sırada yer almışdı. Bu qanlı savaşlarda dəfələrlə ölümlə üz-üzə gəlsə də sağ qalmağı bacarmışdı. Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da döyüşə ilk atılanlardan olub. Xocalı ərazisində şəhidlik zirvəsinə ucalan Vüsal yaddaşlarda qəhrəman döyüşçü, peşəkar zabit və qayğıkeş ailə başçısı kimi qalacaq.