Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

18.09.2025 [12:59]

Xəbərin mətni

18 Sentyabr - Milli Musiqi Günü hər il olduğu kimi, bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.