Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yusif Eyvazov: Əsas məqsədimiz “Koroğlu” operasını dünyada tanıtmaqdır

18.09.2025 [13:03]

Xəbərin mətni

Hazırda “Koroğlu” operası üzərində işləyirəm. Sentyabrın 27-də bu möhtəşəm opera təqdim olunacaq. Maraqlıdır ki, Cüzeppe Verdi və digər dünyaşöhrətli İtaliya bəstəkarlarının musiqi ruhunu bu operada hiss etmək mümkündür. Bu da onu göstərir ki, Üzeyir Hacıbəylinin musiqisi artıq dünyanın musiqi xəzinəsinin bir parçasına çevrilib. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov deyib.