Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidin həyat yoldaşı: Onu hər zaman yanımda hiss edirəm

18.09.2025 [17:56]

Xəbərin mətni

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mahir Cəfərov vətənpərvərliyi, mərdliyi, cəsurluğu ilə seçilirdi. Onun ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi idi. Bu amal üçün hərbçi olan Mahir xidmətini ön xəttə aparıb, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci il 44 günlük Vətən müharibəsində iştirak edib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri zamanı Xankəndi şəhəri yaxınlığında şəhidlik zirvəsinə ucalıb.