Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aİ-nin komissarı: Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa və yenidənqurma işləri təqdirəlayiqdir

18.09.2025 [18:17]

Xəbərin mətni

Ağdama, ümumilikdə, Qarabağa səfər etmək məndə dərin təəssürat yaradıb. Sizin dövlətinizin bu ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri, uzun illər müharibədən zərər çəkmiş və dağıdılmış torpaqlarda yeni həyat qurmaq səyləri doğrudan da təqdirəlayiqdir. Hökumətinizin cəsarətlə yeni şəhərlərin, müasir infrastruktur və sosial obyektlərin inşasını həyata keçirməsini, insanların doğma yurdlarına qayıdışını təmin etməyə yönəlmiş addımlarını yüksək qiymətləndirirəm. Bunu Ağdama səfər edən Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos jurnalistlərə açıqlamasında bildirib.