Keniyanın Dövlət Prokurorluğunun direktoru: Bu, çox uğurlu tədbirdir
22.09.2025 [15:18]
Xəbərin mətni
"Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı beynəlxalq konfrans Azərbaycan dövləti və Baş Prokurorluğu üçün çox uğurlu tədbir oldu. Bütün dünyada prokurorluğun müstəqilliyi cinayət və ədalət sisteminin ən vacib aspektidir. Məhz bu məsələ bugünkü konfransda müzakirə edildi. Azərbaycanın Baş Prokurorluğu müstəqil bir orqandır, bu da hüququn aliliyinin təmin olunması deməkdir. Eyni vəziyyət Keniya üçün də keçərlidir. Bunu jurnalistlərə müsahibəsində Keniyanın Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa deyib.