Şəhid anası: Rəsulun hər addımı Vətənə bağlılıq, qorxmazlıq və döyüş ruhu ilə dolu idi
22.09.2025 [17:22]
Xəbərin mətni
Ölkəmizin ərazi bütövlüyünü və Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror əməliyyatında canını Vətən uğrunda fəda edən igidlərimizdən biri də Biləsuvar rayonunun Xırmandalı kəndindən olan Rəsul Yusif oğlu Teymurovdur. O, cəmi 26 illik ömrünü elə mənalı və şərəfli yaşadı ki, adı daim hörmətlə anılacaq.