Qurban Qurbanov: Futbola investisiya qoyulmağını çox istərdik
23.09.2025 [12:56]
Xəbərin mətni
Bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etməyimdən çox məmnunam. Azərbaycanda bir sıra sahələrə investisiya yatırılır. Futbol perspektivli sahədir. Bu sahəyə investisiya qoyulmağını da çox istərdik. Bu barədə "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.