Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azər Bayramov: İƏT-in Əmək Mərkəzi üzv dövlətlər arasında əməkdaşlıq üçün yaradılmış mühüm platformadır

23.09.2025 [12:59]

Xəbərin mətni

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi üzv dövlətlər arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq üçün yaradılmış mühüm platformadır. Azərbaycan bu mərkəzin fəaliyyətinin həyata keçirməsində əvəzsiz rol oynayır. Bu, əmək və məşğulluq sahəsində İƏT çərçivəsində əməkdaşlığın və həmrəyliyin inkişafında ölkənin liderliyini aydın şəkildə nümayiş etdirir. Bunu İƏT-in Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov Bakıda keçirilən qurumun İcraiyyə Şurasının iclasında bildirib.