Azərbaycan Prezidenti: Xəzər dənizi sürətlə azalır və əsas səbəb iqlim dəyişmələri deyil
25.09.2025 [21:43]
Xəbərin mətni
2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı səsləndirib.