Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigar Arpadarai: Regional əməkdaşlıq ədalətli və dayanıqlı yaşıl enerji keçidinin əsas şərtidir

30.09.2025 [11:34]

Xəbərin mətni

Təşəbbüslərin reallaşdırılması yalnız fərdi səylər və ayrı-ayrı uğur hekayələri ilə məhdudlaşmamalıdır, bu proses böyük sistemlərə inteqrasiya edilməlidir. Bu barədə Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai “Azərbaycanın Günəş, dənizdə külək, mavi və yaşıl hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.