Özbəkistanlı nazir: III MDB Oyunları çərçivəsində könüllülərlə bağlı iş yüksək səviyyədə qurulub
29.09.2025 [16:20]
Xəbərin mətni
Dünən Gəncədə keçirilən III MDB Oyunlarının açılış mərasiminin möhtəşəm olduğunu qeyd etmək istərdim. Biz oyunlara ev sahibliyi edən yeddi şəhərdə idman infrastrukturunun yüksək səviyyədə olduğunu gördük. Yeni idman obyektlərinin hazırlığına şəxsən Azərbaycan Prezidenti İlham Əliyev nəzarət edirdi, onlardan bəzilərinin açılışında da iştirak etdi. Bu, həqiqətən heyranedicidir, çünki MDB Oyunlarının keçirildiyi məkanlar paytaxt Bakıda deyil, məhz bölgələrdədir. Bunu jurnalistlərə Açıqlamasında Özbəkistanın gənclər siyasəti və idman nazir Adham İkramov bildirib.