Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar Babayev: Azərbaycan, Qazaxıstan və Özbəkistan arasındakı əməkdaşlıq yeni imkanlar yaradacaq

30.09.2025 [11:53]

Xəbərin mətni

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında tərəfdaşlıq və əməkdaşlıq artıq başlayıb. Bu əməkdaşlıq külək və Günəş enerjisi potensialımızın birgə inkişafına, həm daxili, həm də Avropanın enerji ehtiyaclarının ödənilməsinə xidmət edəcək. Bu, enerji təhlükəsizliyini artıracaq və yeni imkanlar yaradacaq. Bu barədə Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev “Azərbaycanın Günəş, dənizdə külək, mavi və yaşıl hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.