Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazlı tankçı: Qələbə xəbərini eşidəndə yaralarımı unutdum

30.09.2025 [12:32]

Xəbərin mətni

Biz hamımız həmin günün gələcəyini bilirdik. Torpaqlarımızın azadlığı uğrunda döyüşləri səbirsizliklə gözləyirdik. Vətən müharibəsinin ilk günü ən çətin döyüşlərimizdən biri oldu. Düşmənin uzun illər ərzində möhkəmləndirdiyi ön xətti yarıb keçmək əsas tapşırıqlardan idi. Öhdəsindən gəldik. Amma təəssüf ki, qardaşlarımızı itirdik, şəhidlərimiz oldu. Bizim 131 nömrəli tankımız vardı. Həmin tank düşmən tərəfindən vuruldu. Taqım komandirimiz Ümüd Məmmədov, mexanik Bəxtiyar Bəkirov, tuşlayıcı Əjdər Sabirli həmin tankda şəhid oldular. Çox istərdim onlar da Zəfərimizi görsünlər.