Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigar Arpadarai: Qadınların liderliyi iqlim fəaliyyətində effektiv rol oynayır

01.10.2025 [12:12]

Xəbərin mətni

Qadınların liderliyinə dəstək iqlim sahəsində liderliyi gücləndirən ən sürətli və effektiv yollardan biridir. Bu gün qadınların iqlim fəaliyyətində liderliyi ilə bağlı aparılacaq müzakirələri səbirsizliklə gözləyirik. Bu liderlik maliyyə və innovasiya ilə birləşərək iqlim sahəsində böyük nailiyyətlərin əldə olunmasına imkan yaradır. Bunu Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günü etdiyi çıxışı zamanı deyib.