Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xıdırlıda həyat yenidən canlanır

08.10.2025 [17:52]

Xəbərin mətni

İllər sonra Xıdırlının həyəcanı yenidən canlanıb. Kəndin köhnə həyətyanı sahələrində səs-küy, uşaqların gülüşü, dirçələn həyat var. Bura Xıdırlıya yeni köçən ailələrin bir araya gəldiyi həyətdir. İllərdir boş qalmış evlərin qapıları bu gün yenidən açılıb, həyətlərə həyat qayıdıb.