Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Veteranları Federasiyasının prezidenti: Bakı Dialoqunun qətiyyətimizin ifadəsi olacağına inanıram

09.10.2025 [15:43]

Xəbərin mətni

Bakı Dialoqu itkin düşmüş şəxslərlə bağlı problemin həlli baxımından olduqca önəmlidir. Azərbaycan Hökumətinə humanitar məsələni ön plana çıxardığına və qətiyyətli liderliyə görə təşəkkür edirəm. Bunu Dünya Veteranları Federasiyasının prezidenti, Mərakeş Müqavimət Hərəkatı və Azadlıq Ordusunun Keçmiş Üzvləri üzrə Ali Komissarı Əl-Mustafa əl-Ktiri İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.