Beynəlxalq konfransın iştirakçıları Ağdərədə aşkarlanmış kütləvi məzarlığı ziyarət ediblər
10.10.2025 [16:20]
Xəbərin mətni
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə aşkarlanan kütləvi məzarlığı ziyarət ediblər.