33 gün əsirlikdə olan qazi: Düşmən Şuşanın azad olunması ilə barışa bilmirdi
10.10.2025 [16:46]
Xəbərin mətni
Bayram Kərimov 44 günlük Vətən müharibəsində Füzuli, Şuşa və Xankəndi istiqamətində döyüşlərdə iştirak edib və yaralanaraq düşmənə əsir düşüb. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən, əsir və girovluqda olan 14 nəfər, o cümlədən Bayram 2020-ci ilin dekabrın 14-də Azərbaycana qaytarılıb.