Biləsuvarda ilk dəfə olaraq pambıq sahələrinin becərilməsində dronlardan istifadəyə başlanılıb
10.10.2025 [17:43]
Xəbərin mətni
Yeni texnologiyaların inkişafı artıq bir sıra sahələrdə ənənəvi texnikaların istifadəsini minimuma endirir. Biləsuvarda ilk dəfə olaraq pambıq sahələrinin becərilməsində təsərrüfat dronlarından istifadəyə başlanılıb. Bu, həm xərcləri azaltmaqla sahəyə ağır texnikalar tərəfindən vurulan ziyanın qarşısını alır, həm də işin daha sürətli və dəqiq icrasına imkan verir.