Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qaradağdakı palçıq vulkanında püskürmə baş verib

11.10.2025 [12:00]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib. Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.