Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11.10.2025 [18:01]

Xəbərin mətni

COP29 zamanı burada olanda sadə bir arzum vardı - yerli “Terra Madre” tədbirinin keçirildiyini görmək. Bu gün həmin arzu gerçəyə çevrilib və mən “Terra Madre Şəki”nin ilk buraxılışını açmaqdan böyük məmnunluq hissi keçirirəm. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri “Slow Food International”ın prezidenti Edvard Mukibi Şəkidə keçirilən “Terra Madre” qastronomiya festivalında jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, bu, yalnız başlanğıcdır: “Əsas məqsədimiz iki il ərzində Azərbaycanda regional “Terra Madre” tədbirinə ev sahibliyi etməkdir”.