Vətən müharibəsi qazisi: Torpağımızı canımız-qanımız bahasına olsa belə düşmənə verməzdik
11.10.2025 [18:16]
Xəbərin mətni
Şanlı Zəfərlə nəticələnən Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mənsublarının da qəhrəmanlığı danılmazdır. Daxili Qoşunların mərdlik, vətənpərvərlik nümunəsi göstərən, düşmənlə ağır döyüşlərə qatılan 66 hərbçisi şəhid olub, 346 nəfər isə yaralanıb.Qazi Fəzamir Məmmədov da sağlamlığını Vətən yolunda qurban verən igidlərimizdəndir.