Qazi baş gizir Elşən İsmayılov: Hərbçilərimiz döyüşə gülərək gedirdi
12.10.2025 [13:30]
Xəbərin mətni
Döyüş yolum Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən başlayıb. Sentyabr ayının 27-si səhər saatlarından hərbi hissəmizlə birgə hücum əməliyyatına başladıq. Düşmənin 30 ildə özünün yaradıb özünün də inandığı “Ohanyan səddi” mifi var idi. Həmin istiqamətdə vuruşan qəhrəman oğullarımız qeyd olunan səddi bir neçə dəqiqəyə darmadağın edərək ön xəttin yarılmasını təşkil ediblər. Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Vətən Müharibəsi xatirələrindən danışan qazi, baş gizir Elşən İsmayılov deyib.