Ali Məhkəmənin sədri: Əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir
12.10.2025 [19:43]
Müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan öz məhkəmə sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri əsasında qurmağa başladı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya hazırlandı, daha sonra qəbul olundu və orada hakimiyyət bölgüsü, qanunun aliliyi, insan ləyaqətinin təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyi ifadə edildi. Beləliklə, bu təməl Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlarla daha da möhkəmləndirildi. Onun qətiyyətli səyləri nəticəsində ədalətin təşkili dövlətin ən dinamik dayaqlarından birinə çevrildi. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının açılış mərasimində çıxışı zamanı deyib.