Azərbaycan Dövlət İnformasiya Agentliyi

Duro Sessa: Qanunlar silaha çevrilməməlidir, onlar daha çox sipər rolunu oynamalıdır

12.10.2025 [20:26]

Xəbərin mətni

Düzgün ədalət mühakiməsi heç zaman diqqətdən kənarda qalmalı deyil. Demokratik və konstitusion dövlətdə məhkəmənin qəbul etdiyi qərarlar hər zaman tənqidə açıq olmalıdır. Lakin biz bunun şahidiyik ki, bu gün müxtəlif məhkəmə hakimiyyətinin nüfuzuna hücumlar olur və hakimlər bundan əziyyət çəkirlər. Biz bununla bağlı əlbəttə ki, danışmalıyıq. AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Duro Sessa Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının açılış mərasimində bildirib.