TƏBİB-in rəsmisi: Peyvəndlər yüksək keyfiyyətdədir
13.10.2025 [16:57]
Xəbərin mətni
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən qrip əleyhinə peyvəndlənmə prosesi hər il oktyabrın ikinci həftəsindən başlayır. Bu il də Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə Fransa istehsalı olan "Sanofi Pasteur" şirkətinin peyvəndləri gətirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan müəssisələrdə peyvəndləmə prosesinə başlanılıb. Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.