Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lətif Hüseynov: Hakimiyyətin üç qolu arasında dialoq qaçılmaz və zəruridir

14.10.2025 [12:22]

Xəbərin mətni

Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər çox aktual, eyni zamanda, mürəkkəb bir mövzudur. Hakimiyyət bölgüsü bir konsepsiya kimi sadəcə funksiyaların bölgüsü demək deyil, bu, əslində cəmiyyətin maraqları əsasında məsuliyyətli yanaşmadır. Bu gün artıq bir hakimiyyət qolu digər hakimiyyət qolu arasında heç bir dominant mövqedə ola bilməz. Bunu Avropa İnsan Haqları Məhkəməsinin hakimi Lətif Hüseynov Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində " Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.