Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kiçik ürəklərdə böyük arzular: 1 saylı Uşaq evindən REPORTAJ

14.10.2025 [15:42]

Xəbərin mətni

Hər uşağın ürəyində fərqli bir dünya var, bəzən bu dünya rənglərə boyanır, bəzən xəyallara, bəzən də səssiz bir istəyə çevrilir. AZƏRTAC-ın komandası bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evində böyüyən uşaqları ziyarət edərək onların həyat hekayələrini dinləyib. Bu uşaqların hekayələri yalnız keçmişin bir parçası deyil, həm də gələcəyə uzanan ümidlərin ifadəsidir. Hər biri öz arzusu, bacarığı və həyat sevgisi ilə seçilir. Kimisi fırçası ilə rənglərə can verir, kimisi gələcəyin həkimi, müəllimi, jurnalisti olmaq üçün ilk addımlarını atır.