Qarabağın dirçəlişi mövzusu Azərbaycan jurnalistikasının əsas istiqamətlərindən biridir
15.10.2025 [16:28]
Xəbərin mətni
Qarabağdan yazmaq, əslində, bir möcüzədən – Azərbaycan xalqının yüzillərdən bəri qalmış arzularının reallaşmasından bəhs etməkdir. Bu fikri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən “Rebuild Karabakh” sərgisinin “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel görüşündə səsləndirib.