Qrem Vilson: Azərbaycan xalqının ruhu və Qarabağın dirçəlişi dünyaya nümunədir
15.10.2025 [16:46]
Xəbərin mətni
Azərbaycanın hekayəçilik və media sahəsində son illərdə əldə etdiyi inkişaf beynəlxalq müstəvidə diqqətlə izlənilir və təqdir olunur. Bunu ingilis tədqiqatçı və yazıçı Qrem Vilson Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə keçirilən “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” adlı panel müzakirəsində deyib.