Göyçaylı qazi Asif Məmmədov: Mənim əsl doğum günüm 25 oktyabrdır
16.10.2025 [11:39]
Xəbərin mətni
44 günlük Vətən müharibəsi başlayanda Azərbaycanın hər guşəsində bir ruh yüksəlişi yaşanırdı. Peşəsindən, yaşından, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin qəlbində eyni duyğu - Vətənə xidmət arzusu alovlanmışdı. Hər kəsin ürəyində tək bir məqsəd vardı: torpaqları azad etmək. Silaha sarılan minlərlə igid oğullardan biri də Göyçay rayonunun Şahsoltanı kənd sakini, müharibə iştirakçısı Asif Məmmədov idi.