Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDYPİ: Sükan arxasında telefondan istifadə faciəyə aparan yolun başlanğıcıdır

16.10.2025 [14:21]

Xəbərin mətni

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bir daha sürücülərin diqqətinə çatdırır ki, sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən biridir. Bu, sadəcə qayda pozuntusu deyil, məsuliyyətsizlik və həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir.