ABŞ-da süni intellektli və pilotsuz müdafiə vasitələrinin sərgisindən REPORTAJ
17.10.2025 [12:41]
AUSA 2025 sərgisi ABŞ ordusunun ən böyük illik tədbirlərindən biridir. AZƏRTAC xəbər verir ki, sərgidə hər il olduğu kimi bu il də hərbi texnologiyalar, müdafiə sənayesi və əlaqədar sahələrdəki yenilikləri nümayiş etdirilir. Bu ilki sərgiyə 92 ölkədən 750-dən çox şirkət qatılıb. AUSA 2025 əvvəlki illərlə müqayisədə daha çox süni intellekt və avtonom sistemlərin tətbiqinə diqqət ayırıb və süni intellekt əsaslı qərar qəbuletmə sistemləri və robotların inteqrasiyası sərginin əsas mövzularından biri olub. Sərgidə təqdim olunan silah və maşınların bəziləri müasir ordularda istifadə olunsa da, digər qismi hələlik istifadəyə verilməyib. Sərgi ənənəvi zirehli texnika nümayişindən fərqli olaraq, dronlar, pilotsuz və robotlaşdırılmış sistemlər, eləcə də müasir dron əlehinə texnologiyalar ilə diqqət çəkib.