Naxçıvanın ekoturizm potensialı çoxşaxəlidir
17.10.2025 [16:51]
Xəbərin mətni
Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə bu gün Naxçıvan Muxtar Respublikasında mediatur təşkil olunub. Tədbirin əsas məqsədi regionun turizm imkanlarının, xüsusilə də ekoturizm potensialının tanıdılması və bu sahədən gələcəkdə daha səmərəli istifadə olunmasıdır. Mediatur iştirakçıları hazırda ekoturizm baxımından zəngin olan Şahbuz rayonunun Ağbulaq kəndindədirlər. Bu sözləri Naxçıvana təşkil olunan mediatur çərçivəsində jurnalistlərə müsahibəsində turizm eksperti Natiq Paşayev deyib.