Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xüsusi təyinatlı: Dağları aşaraq, maneələri keçərək Qubadlıya getdik

25.10.2025 [16:51]

Xəbərin mətni

Qubadlıya qədər bir neçə döyüş əməliyyatı keçirmişdik. Artıq Qubadlıya hücum əmri verilmişdi. Ermənistan hərbçiləri çox güclü silahlanmışdılar. Biz getdiyimiz istiqamətdə hər cür silahdan atəşə məruz qalırdıq. Orada artıq gördük ki, iki nəfər irəliləyərsə, onlardan biri mütləq vurulacaqdı. Bir-bir qaça-qaça 400-500 metr açıq oval sahə ilə onların üstünə doğru irəlilədik. Erməni hərbçilərinin mövqeləri bizdən yüksəkdə idi. O mövqeyə gedənə qədər hər cür silahın hədəfində idik. Lakin biz şərait yaratmadıq ki, irəliləyən zaman kimsə vurulsun və yaralımız olsun. Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Vətən müharibəsi qazisi, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı, miçman Xəyyam Fərzəliyev deyib.