NİİM: Həyatınızı 3-5 saniyə irəli düşmək istəyinə qurban verməyin
28.10.2025 [13:29]
Xəbərin mətni
İşıqforun qırımızı işığında gözləməli idi, ancaq dayanmadı və qəzanın baş verməsinə səbəb oldu. Müşahidələr onu deməyə əsas verir ki, bu cür yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi bəzi sürücülərin qaydalardan məlumatlı olmasına baxmayaraq, qəsdən işıqforun qırmızı işığından keçməsi ilə bağlıdır. Yəni sürücülər “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin III hissəsində yer alan “qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi-bu siqnal hərəkəti qadağan edir” tələbinin mahiyyətini dərk etsələr də, onların, sadəcə, bir neçə saniyə irəli düşmək istəyi qəzaların qeydə alınmasına gətirib çıxarır.