“25-30 min veriblər, satmamışam” — generaldan alınan, “Mercedes”ə dəyişilməyən “Pobeda”nın hekayəsi
05.11.2025 [18:23]
Xəbərin mətni
Hazırda avtomobil bazarında elektrik mühərrikli, ekoloji təmiz və texnoloji cəhətdən müasir nəqliyyat vasitələri üstünlük təşkil edir. Lakin bu inkişafın fonunda klassik avtomobillərə sevgi və sədaqətini qoruyanlar da az deyil. Belə sürücülər üçün köhnə model maşınlar təkcə nəqliyyat vasitəsi deyil, həm də bir dövrün xatirəsi, ailə yadigarıdır. Onlardan biri də Xaçmaz rayonunun Müşkür kənd sakini, 59 yaşlı Cəlaləddin Musayevdir. O, artıq 51 ildir ailəsində qorunan “QAZ-M20” (“Pobeda”) avtomobilini bu gün də sevə-sevə idarə edir.