Azərbaycan Dövlət İnformasiya Agentliyi

Horadiz–Ağbənd avtomobil yolunun inşası gələn ilin ikinci yarısında başa çatacaq

06.11.2025 [15:30]

Xəbərin mətni

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi davam edir. Bu magistral Zəngəzur dəhlizinin bir hissəsini təşkil edir və birinci texniki dərəcəyə uyğun inşa olunur. Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Ziyəddin Həsənov deyib.