Zaur Əliyev: Kəndlərdə tibb məntəqələri yararsız vəziyyətdədir, ciddi kadr çatışmazlığı var
06.11.2025 [16:04]
Xəbərin mətni
İlkin səhiyyə xidməti ən prioritet istiqamətlərdən biridir. Biz istəyirik ki, bu sahə inkişaf etsin. Bu sahə nə qədər inkişaf etsə, bir o qədər preventiv tədbirlər görüləcək. Eyni zamanda, xəstəxanaların üzərinə düşən yük azalacaq. Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev noyabrın 6-da parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.