Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıdan Belemə gedən yol: COP30-a maraq niyə azdır?

12.11.2025 [18:23]

Xəbərin mətni

Braziliyanın Belem şəhərində təhlükəli qlobal istiləşmənin qarşısını almaq üçün iki həftə ərzində danışıqlar aparılacaq. Builki konfransda əsas diqqət geniş yağış meşələrinin üzləşdiyi təhlükəyə yönəlib. Ekspertlərin fikrincə, COP30-da ən mübahisəli məsələlər yenə də maliyyə və qazıntı yanacaqları ilə bağlı olacaq. Gözləniləndən fərqli olaraq Braziliyada keçirilən COP30-a maraq azdır. Bir çox dünya liderləri konfransda iştirakını təsdiqləməyib. Afrika Vətəndaş Cəmiyyəti üzvləri isə ümumiyyətlə prosesdən kənar qaldıqlarını deyirlər. Onlar COP30 ilə bağlı təşkilatı məsələlərdə ciddi çətinliklərlə üzləşdiklərini iddia edirlər.